Səhər saatlarında Bakıda ağır qəza

XƏBƏR
09:43
1 İyun 2024
447

Bu gün səhər saatlarında paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, Mərdəkan körpüsünün yaxınlığında iki avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qəza səbəbindən Şüvəlan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

Xəbər lenti