“Prius”la pakistanlını vurmuşdu - 4 illik cəza verildi

XƏBƏR
16:05
31 May 2024
170

Ötən ilin fevral ayında paytaxtın Yasamal rayonunda avtomobillə Pakistan vətəndaşını vurub öldürən sürücüyə hökm oxunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi 1959-cu il təvəllüdlü O.Məmmədovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.

Qeyd edilib ki, hadisə gecə saat 01:30 radələrində Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, yolu keçən Pakistan vətəndaşı, 1974-cü il təvəllüdlü Cahangir Xan Həzrəti Seyid oğlunu O.Məmmədovun taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Məhkəməsinin 30 may tarixli hökmü ilə O.Məmmədova 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib və əlavə olaraq 2 il müddətində nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.

Xəbər lenti