Arvadına əzab verən Bektimirovun cəzası ağırlaşdırıldı
Arvadına əzab verməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş Yalçın Bektimirovla bağlı hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bektimirovla bağlı hökmü dəyişib.
Məlumat üçün bildirək ki, hökmdən həm Yalçın Bektimirov, həm də arvadı Anastasiya Bektimirova narazı qalmışdı.
Bektemirov şikayət ərizəsində bəraət, arvadı isə əksinə cəzanın ağırlaşdırılmasını tələb edirdi.
Prokuror isə hökmdən protest verməyib. Şikayətlərə hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri tərəflərin çıxışlarını dinlədikdən, sənədləri tədqiq etdikdən sonra belə qənaətə gəliblər ki, Yasamal Rayon Məhkəməsinin hökmü zərərçəkmişə münasibətdə ədalətli deyil.
Bu səbəbdən də təqsirləndirilən şəxsin şikayəti əsassızdır. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yalçın Bektemirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.
Anastasiya Bektimirova iddia edirdi ki, ərinin göstərdiyi şiddət səbəbindən gözünün birini itirib. Lakin bu iddia təsdiqini tapmayıb. Son qərarda da göstərilib ki, Bektemirova gözünü əvvəldən yoluxduğu xəstəlik səbəbindən itirib.
Daha çox