Daha 20 ailə Laçına yola salındı

XƏBƏR
09:30
31 May 2024
95

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Sabah.az xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti