TƏBİB sədri pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirdi - Fotolar

GÜNDƏM
16:39
10 Aprel 2020
92

Bu gün TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Bu görüşlərin mütəmadi keçirilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti