Tozlu hava nə vaxta qədər davam edəcək?

XƏBƏR
17:16
28 May 2024
97

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.

Bu barədə Sabah.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

“Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib”.

Xəbər lenti