45 yaşlı qadın qəzada öldü - Foto
09:59
23 May 2024
95Bu gün gecə saatlarında Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, Güloğlan İsmayılov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən piyadanı vurub. Nəticədə 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva ağır xəsarətlər alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Daha çox