Bakıda qadın avtobusdan yıxılıb öldü

HADİSƏ
09:50
22 May 2024
151

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Sabah.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısında baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı marşrut avtobusunda olan sərnişin 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova nəqliyyat vasitəsi hərəkətdə olarkən açıq qalmış qapıdan yıxılıb. O, avtobusun ön giriş qapısından təkərin altına düşüb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti