İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi

XƏBƏR
09:00
20 May 2024
141

İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həyatını itirib.

Sabah.az xəbər verir ki, bu haqda İranın Mehr Agentliyi məlumat yayıb.

***

Helikopterdə eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Agentlik onların hər birinin vəfat etdiyini yazıb.

***

Agentlikdə dövlət başçısı və məmurların üzərində qara lent olan fotosu da paylaşılıb.

Xəbər lenti