Qəzalar oldu, mərkəz istiqamətində tıxac yarandı - Foto
10:14
18 May 2024
201Bu gün səhər saatlarında Bakıda nəqliyyat axınının sıx olduğu iki yolda qəza baş verib.
Sabah.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində və Aeroport şossesində yol-nəqliyyat hadisəsi baş verib. Hər iki qəza səbəbindən metronun “20 Yanvar” stansiyası və mərkəz istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Daha çox