Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
Taksi sürücüləri ilə bağlı reyd keçirilib.
Reydin görüntüləri sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Belə ki, bir sürücüdən tələb edilən sənədlərin sayı çox olub. Sürücü VÖEN-ə bağlı bank kartı, “ASAN İmza” sertifikatı, tibbi və narkoloji müayinələr haqda arayışlar, müvafiq şəhadətnamə, lisenziya kağızı və s. sənədlər təqdim edib.
Xatırladaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Bunun üçün avtomobillərin yaşı 8 ildən çox olmamalıdır.
Sabah.az REAL TV-yə istinadən reyddən görüntüləri təqdim edir:
Daha çox