Bakıda baş verən yol qəzasında polis əməkdaşı öldü

HADİSƏ
11:16
10 Aprel 2020
193

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Həzrətquliyev Səyyad Qulu oğlu idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəfərov Ramin Nizami oğlunun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində R.Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsiniin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

***

APA-nın əldə etdiyi məlumata görə, Ramin Cəfərov, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.

Xəbər lenti