Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişdi

XƏBƏR
12:05
14 May 2024
85

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına “xarici işlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” əlavə olunub.

Xəbər lenti