Azərbaycan neft hasilatını azaldacaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi" qəbul edilib. Yeni OPEC+ sazişinə əsasən, Azərbaycan may-iyun aylarında neft hasilatını gündəlik 164 min barel azaltmaq barədə üzərinə öhdəlik götürüb.
Sabah.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.
"2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır", - məlumatda deyilir.
Daha çox