Prezident Şuşada qəbul keçirdi - Foto+Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Sabah.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb.
ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olunub.
ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparılıb.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Daha çox