Yasamalda 3 nəfər 1 “Mercedes” oğurladı

XƏBƏR
12:09
11 May 2024
146

Yasamalda oğurladıqları “Mercedes” markalı avtomobili satmaq istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar.

Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib. Faktla bağlı 29-cu Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti