“Onun gözlərinə baxmağa cürət etmədim” - Messidən etiraf

İDMAN
01:26
10 Aprel 2020
55

İspaniyann “Barselona” klubunun kapitanı Lionel Messi keçmiş komanda yoldaşı Tyerri Anri haqda danışıb.

Sabah.az xəbər verir ki, argentinalı hücumçu "L'Equipe"ə açıqlamasında Anrinin 2007-ci ildə “Arsenal”dan (İngiltərə) “Barselona”ya gəldiyi zaman ondan çəkindiyini etiraf edib:

“Anri paltardəyişmə otağına girdiyi ilk gün onun gözlərinə baxmağa cürət etmədim. Onun İngiltərədə etdiyi hər şeyi bilirdim. O, artıq hamının tanıdığı çox bacarıqlı futbolçu idi və biz bir komandada idik. Anriyə heyran oldum, oyununu çox bəyəndim. Onun sayəsində mənim də oynamağım rahat idi. Onun oyununa baxanda görünürdü ki, hər şeyi təbii edir, lazımsız işlər görmürdü”.

Qeyd edək ki, Tyerri Anri 2007-2010-cu illərdə "Barselona"da çıxış edib və 80 oyuna 35 qol vurub.

Xəbər lenti