TƏBİB bu gün test olunanların sayını açıqladı
23:26
9 Aprel 2020
82Bu gün Azərbaycanda koronavirusla bağlı 3656 test aparılıb.
Sabah.az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, yoxlanışdan sonra onlardan 104-nün nəticəsi pozitiv çıxıb. İndiyədək isə 56 667 test aparılıb.
Qeyd edək ki, Azərbaycanda indiyə kimi 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Daha çox