Bu yolda sürət həddi bərpa olundu - Yenilənib

XƏBƏR
09:41
7 May 2024
272

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Sabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

***

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Sabah.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Xəbər lenti