Gömrük Komitəsi sədrinin yeni müşaviri o oldu

XƏBƏR
13:37
6 May 2024
65

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə yeni müşavir təyin olunub.

Bu barədə Sabha.az-a DGK-dan məlumat verilib.

Bildirilib ki, sözügedən vəzifəyə Şamo Mürşüdov gətirilib.

Ş.Mürşüdov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan resursları departamentinin müdiri vəzifəsində çalışıb.

Bununla da DGK sədrinin müşavirlərinin sayı 3-ə çatıb.

Xəbər lenti