Nina 83 yaşında dünya çempionu oldu
Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatının qızıl mükafatçısı olub.
Sabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilən turnirdə 25 və 50 metr məsafələrdə birinci olaraq iki qızıl medal qazanıb.
Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Turnirin keçirildiyi göldə suyun temperaturu müsbət 1 dərəcə olub.
Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. O, üzgüçülük üzrə yarışlarda bir çox mükafat alıb.
Daha çox