Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı - Açıqlandı
“Bizdə olan rəsmi məlumatlara görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.
Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.
Daha çox