Havada tozun miqdarı normadan çoxdur

XƏBƏR
09:32
1 May 2024
66

Bakıda və Abşeron yarımadasının atmosfer havasında  tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Sabah.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir”, - qurum rəsmisi bildirib.

Xəbər lenti