Rusiya və Səudiyyə Ərəbistanı hasilatın azaldılması ilə bağlı anlaşdı

İQTİSADİYYAT
20:28
9 Aprel 2020
105

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatınının azaldılması ilə bağlı əsas fikir ayrılıqlarını həll etməyə müvəffəq oldular.

Sabah.az xəbər verir ki, bu barədə "Reuters" və "The Wall Street Journal" məlumat yayıb.

"The Wall Street Journal"ın yazdığına görə, "gündə 20 milyon barreli bazardan necə çıxarmaq" məsələsi həll olunur. Bildirilir ki, Rusiya və Səudiyyə Ərəbistanı hasilatı gündə ən azı 10 milyon barel azalda bilər.

"Səudiyyə Ərəbistanı, aprel ayından başlayaraq hasilatı gündə 4 mln. barel, Rusiya isə gündə 2 milyon barel azalda bilər", - deyə mənbədə qeyd olunur.

Xəbər lenti