Bakının mərkəzində sürət yarışı - 10-a yaxın maşın əzildi+Video

HADİSƏ
10:06
30 Aprel 2024
99

Gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobil sürücülərin idarəetməsindən çıxıb.

Bir-biri ilə ötüşən avtomobillər yol kənarındakı digər avtomobilləri əzərək yararsız hala salıb. Nəticədə 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb:

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.  Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.

Xəbər lenti