İcra başçısı vəzifəsindən azad edildi - Yeni təyinat

ÖLKƏ
12:24
29 Aprel 2024
154

Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xəbər lenti