Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb. Fakt araşdırılır.
***
“Qafqazinfo”nun məlumatına görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb.
Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib.
***
Məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha çox