Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto

XƏBƏR
13:30
26 Aprel 2024
46

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşılayıblar.