Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

HADİSƏ
12:10
26 Aprel 2024
76

Bakıda gənc qız dəm qazından boğulub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti