Növbəti köç karvanı Füzuliyə yola düşdü

ÖLKƏ
09:54
26 Aprel 2024
43

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti