Elmira Süleymanova vəfat etdi

ÖLKƏ
14:58
25 Aprel 2024
80

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.

Xəbər lenti