Bakıda motosikletlə avtomobil toqquşdu, gənc qız yaralandı

XƏBƏR
09:33
25 Aprel 2024
68

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində sərnişin 2006-cı il təvəllüdlü Ayla Ələddin qızı Məmmədzadə yaralanıb.

Xəsarət alan gənc qız təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti