MMA döyüşçüsü evinin yaxınlığında güllələndi

İDMAN
18:37
9 Aprel 2020
87

Bellatorda yüngül çəki dərəcəsində çıxış edən İsaiya Çapman evinin yaxınlığında ölü halda tapılıb.

Sabah.az xəbər verir ki, amerikalı idmançının güllələndiyinə dair məlumat jurnalist Devid Makkini və Bellatorun matç-meykeri Riç Çou tərəfindən təsdiqlənib.
 
Yerli polis atışma ilə bağlı çağırışa gedərkən silah yarası almış Çapmanla qarşılaşıblar. Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, 30 yaşlı döyüşçünün həyatını xilas etmək mümkün olmayıb. Ona hücum edən şəxsin kimliyi hələlik bəlli deyil.

Qeyd edək ki, 10 illik MMA karyerası olan Çapman ilk həvəskar döyüşünü 2010-cu ildə keçirmişdi. 2012-ci ildə peşəkar səviyyədə debüt edən İsaiya, Bellator 232 çərçivəsində Patrik Miksə məğlub olmuşdu. MMA karyerası ərzində 13 döyüş keçirən Çapman 9 qələbə qazanmışdı.

Xəbər lenti