Bakıdakı qəzalarda moped və motosiklet sürücüsü öldü

XƏBƏR
09:45
24 Aprel 2024
117

Bakıda ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində qeydə alınıb.

Belə ki, Orxan Əlizadənin idarə etdiyi “Mitsubishi L200” markalı avtomobilin Rəşad Hüseynovun sürdüyü mopedə çırpılması nəticəsində ikinci ağır xəsarətlər alıb.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən moped sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə paytaxtın Xəzər rayonunda da baş verib. Türkan-Zirə yolunda “Dongfeng” markalı traktorla “KTM” markalı motosiklet toqquşub.

Nəticədə motosikleti idarə edən 1967-ci il təvəllüdlü Samir Məmmədov aldığı ağır xəsarətlərdən vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti