Ələt-Astara yolundakı çəpərləri sökənlər cəzalandırıldı

XƏBƏR
16:48
23 Aprel 2024
81

Ələt-Astara magistral yolunun kənarındakı mühafizə çəpərlərini sökən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sabah.az-a bildirilib ki, çəpərləri kəsərək mal-qaranın nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yol çıxmasına şərait yaradan şəxslərin kimliyi müəyyənləşdirilib.

Bildirilib ki, bundan əvvəl magistralın ətrafındakı mühafizə çəpərlərinin sökülməsinin, habelə mal-qaranın nəzarətsiz yollara buraxılmasının törədə biləcəyi təhlükə və fəsadlar barədə ətraf ərazidə yaşayan vətəndaşlara məlumat verilib, izahat işləri aparılıb:

“Lakin müşahidələr nəticəsində hələ də qeyd edilən əməli törədərək hərəkət iştirakçıları üçün real təhlükə yaradan şəxslərin olduğu müəyyən edilib. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində müxtəlif kəndlərin ərazisindəki mühafizə çəpərlərini kəsərək mal-qarasını magistral yola buraxan 7 nəfər rayon sakini müəyyən edilərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və onlarla profilaktik söhbətlər aparılıb. Toplanmış materiallar üzrə onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Xəbər lenti