Bakıda qadın kuryer zəncirvari qəzaya səbəb oldu

XƏBƏR
09:47
23 Aprel 2024
76

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, qəzada qadın kuryerin idarə etdiyi motosikletlə, “Mercedes Vito” markalı mikroavtobus və “Nissan” toqquşub.

Hadisədə xəsarət alan motosikletin sürücüsü xəstəxanaya aparılıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti