Ağstafada qəza olub, xəsarət alan var

XƏBƏR
09:34
23 Aprel 2024
98

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd ərazisində baş verən qəza zamanı 1997-ci il təvəllüdlü Ç.İsayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti