Yasamalda karantin rejimini pozan keçmiş məhkum özünü yaraladı

HADİSƏ
17:45
9 Aprel 2020
104

Paytaxtın Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin tələblərinə tabesizlik göstərərək xüsusi karantin rejimi qaydalarını pozaraq üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib.

F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Həmin şəxs əvvəllər Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunub.

Xəbər lenti