Tanışının evində dəm qazından öldü

XƏBƏR
12:37
22 Aprel 2024
53

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sabah.az xəbər verir ki, Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Əlsafa Muxtarov Sabirabad şəhərində tanışına məxsus evdə dəm qazından boğulub.

Belə ki, o, Heydər Əliyev prospektində yerləşən mənzilin hamam otağında olarkən qazdan zəhərlənib.

45 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti