Ailəsi Bakıya işləməyə gələn 18 yaşlı Pərvizi axtarır - Foto
Naftalan sakini olan 18 yaşlı oğlan itkin düşüb.
Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gəlib, lakin son 10 gün ərzində ailəsi ondan heç bir xəbər ala bilməyib.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 və (050) 664-94-00 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Daha çox