“Bu günün arzusu ilə yaşamışıq” - Füzuliyə qayıdan sakin

ÖLKƏ
09:29
22 Aprel 2024
63

“Bu günün arzusu ilə yaşamışıq. Füzuliyə qayıdırıq və hissləri sözlərlə ifadə etmək mümkün deyil”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Bakıdan Füzuli şəhərinə yola düşən keçmiş məcburi köçkün Sahilə İbişova söyləyib.

“Biz gələndə nəvələrim yox idi. Amma idi nəvələrimlə qayıdıram. Doğma yerlərimizi nəvələrimə şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir şəhər olduğunu öz gözləri ilə görəcəklər. Planlarımız çoxdur. Allah onları həyata keçirməyi bizə nəsib etsin ”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür. İndiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti