Paytaxt yeni iş həftəsinə tıxacla başladı

XƏBƏR
09:00
22 Aprel 2024
84

Bakıda yeni iş həftəsində bir sıra yollarda tıxac yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti