Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var - Yenilənib+Foto+Video

HADİSƏ
09:55
18 Aprel 2024
119

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, “Lukoil” yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Baku.ws-in məlumatına görə, TIR-la betonqarışdıran maşın toqquşub. Nəticədə yük maşınının kabinəsi qopub düşüb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti