Ağdamda minaatan qurğular aşkarlandı

XƏBƏR
10:52
18 Aprel 2024
77

Ağdamda minaatan qurğular aşkar edilib.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Xəbər lenti