Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - Video

HADİSƏ
10:07
17 Aprel 2024
258

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

Xəbər lenti