Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

XƏBƏR
10:52
16 Aprel 2024
100

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib.

Sabah.az xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvansaray” ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi “DAF” markalı yük avtomobili ilə piyadanı vurub. Nəticədə 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlu ağır xəsarətlər alıb və hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti