46 yaşlı kişinin meyiti tapıldı

XƏBƏR
10:52
15 Aprel 2024
317

Sumqayıtda 46 yaşlı kişinin meyiti tapılıb.

Sabah.az xəbər verir ki, ötən gün saat 21 radələrində 1978-ci il təvəllüdlü Babayev Əbil Müseib oğlunun meyiti şəhərin 76-cı məhəllə adlanan hissəsindəki nömrəsiz yeni tikilidə aşkar edilib.

Onun qəfil vəfat etməsi bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti