İsmayıllıda mağaza yanıb

XƏBƏR
13:58
11 Aprel 2024
168

İsmayıllıda mağaza yanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Keyvəndi kəndində baş verib.

Belə ki, yanğın 1962-ci il təvvəldllü Talıbov Aydın Əlibaba oğluna məxsus mağazada olub.

Yanğın yerinə İsmayıllı DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 10 k/m olan mağaza tamamilə yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Xəbər lenti