Xankəndidə xeyli silah-sursat tapıldı

XƏBƏR
10:54
11 Aprel 2024
185

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Sabah.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti