Xankəndidə silah-sursat aşkarlandı

XƏBƏR
13:47
10 Aprel 2024
190

Xankəndidə xeyli silah-sursat aşkar edilib.

Sabah.az DİN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan tapılıb.

Bununla yanaşı şəhər ərazisindən 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar da aşkar olunaraq götürülüb.

Xəbər lenti